Ukraynada Luqansk uğrunda döyüşdə Azərbaycanın Beyləqan rayonunun Daşburun qəsəbəsindən olan Yolçu Əliyev həlak olub. Bu barədə Turan-a Ukraynadakı Azərbaycan Diaspor Təşkilatından bildirilib.
Məlumatda deyilir ki, Yolçu Əliyev Luqansk uğrunda gedən döyüşlərdə könüllü yazıldığı "Aydar" Ukrayna hərbi birləşməsinin tərkibində döyüşərkən iyulun 27-də həlak olub.
Hadisə Ukrayna ordusunun ağır texnikasının ön cəbhəyə keçməsinə şərait yaratmaq və blokpostu tutmaq cəhdi zamanı baş verib. 
Yolçu Əliyev bu gün Kiyev şəhərində dəfn olunub. Dəfn mərasimində Ukraynanın rəsmi nümayəndələri ilə yanaşı bu ölkədə yaşayan ictimai fəal azərbaycanlılar iştirak ediblər.
.