Ukraynada hökumət üzvləri, hərbçilər, ordu və təhlükəsizlik orqanlarının şəxsi heyəti “Telegram” platformasından istifadə edə bilməyəcəklər.

Bu barədə ölkənin Milli Müdafiə və Təhlükəsizlik Şurası qərar verib.

Bu qərar eyni zamanda ölkənin kritik cəhətdən əhəmiyyətli infrastrukturlarının istismarı ilə məşğul olan şirkətlərin əməkdaşlarına da şamil olunacaq.

Bu platformadan xidməti məqsədləri üçün yararlanan şəxslər məhdudiyyətlərdən kənarda qalacaq.

.