"Ukrayna Təhlükəsizlik Xidməti (UTX) və Ukraynanın Antiterror Mərkəzi bütün ölkə ərazisi bpyunca antiterror əməliyyatlarına başlayır”.
Yenizaman.az "İnterfaks”a istinadən xəbər verir ki, bu bəyanatla bir neçə dəqiqə öncə UTX rəisi Aleksandr Yakimenko çıxış edib.
"UTX və Antiterror Mərkəzi tərəfindən bu gün bütün Ukrayna ərazisi boyunca antiterror əməliyyatlarına başlamaq barədə qərar qəbul olunub. Mən bu barədə artıq Ukrayna dövlətinin başçısını da məlumatlandırmışam” - deyə A.Yakimenko bildirib.
UTX şefinin sözlərinə görə, "son bir neçə gündə Ukraynada baş verən hadisələr göstərir ki, ölkədə güc tətbiqi ilə müşayiət olunan qarşıdurmanı qızışdıranlar və kütləvi şəkildə silahdan istifadəyə meylli ekstremist əhval-ruhiyyəli qruplaşmalar var”.
A.Yakimenkonun bəyanatında regionlarda yerli hakimiyyət orqanlarının, DİN və UTX strukturlarının, prokurorluq binalarının, hərbi hissələrin, silah-sursat anbarlarının zorla ələ keçirilməsi faktlarından söz açılır. UTX rəhbəri radikal ovqatlı şəxslərin fərdi evləri dağıtmasına və dinc sakinləri öldürməsinə də diqqət çəkib. Bildirib ki, cinayətkar dəstələrin əlinə təkcə son bir neçə sutka ərzində 1500 odlu silah və 100 mindən çox patron keçib.
.