Ukrayna Silahlı Qüvvələri Zaporojye istiqamətində ordu birləşmələrini gücləndirir.

“MK.ru” xəbər verir ki, bu barədə Zaporojye vilayəti administrasiyası şurasının üzvü Vladimir Roqov məlumat verib.

Pentaqon rəhbəri: "Ukrayna qüvvələri müharibənin dinamikasını dəyişib"
Türkiyə bu il 4 milyard dollarlıq müdafiə sənayesi məhsulu ixrac edəcək - FOTO
Ukraynada Rusiyaya məxsus 3 silah anbarı məhv edilib
O əlavə edib ki, Zaporojye istiqaməti Ukrayna ordusu üçün əsas istiqamətə çevrilir və Rusiyanın müdafiə xəttində kəşfiyyat aparılır.

Roqovun dediklərinə görə, Rusiya ordusunun Xerson vilayətindən köçürülmüş hissəsi cəbhənin Zaporojyedə yerləşən hissəsinə köçürüləcək: “Rusiya Silahlı Qüvvələri öz növbəsində müdafiə xəttini gücləndirir, çünki Ukraynanın haqqında sözügedən ərazidən hücuma keçmək üçün böyük qüvvə istifadə edəcəyi ehtimalı var”.

“Ukrayna özü də gizlətmir ki, onların planı Berdyanska gedib çatmaq, bu istiqamətdə olan Vasilyevka, Poloqi və Melitopolu azad etməkdir” – Roqov bildirib.

.