Ukrayna Daxili İşlər Nazirliyinin xüsusi təyinalıları paytaxt Kiyev şəhərində yerləşən "Avropa" meydanına girişi bağlayıb. Müxalifət tərəfdarlarının meydana müxtəlif istiqamətdən daxil olmasının qarşısını alan təhlükəsizlik qüvvələri bununla da Kiyevdə ictimai asayişi təmin edib.
Ukrayna hökumətinin Rusiya ilə 14 sənəd imzalaması və Kremldən 15 milyard dollarlıq kredit almasından sonra yerli müxalifətin nümayişləri öz gücünü itirməyə başlayıb.
.
