Ukrayna vətəndaşlarını Macarıstana səfər etməkdən çəkinməyə çağırıb.
Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi sosial şəbəkə vasitəsilə çağırış edib.
Çağırışda Macarıstanda Ukrayna vətəndaşlarının təhlükəsizliyinin təmin olunmasına zəmanət olmadığı bildirilib və buna görə də Macarıstan hakimiyyəti ittiham edilib.
Qeyd edək ki, bundan əvvəl Ukrayna bir neçə vətəndaşının Macarıstanda hakimiyyət orqanları tərəfindən saxlanıldığını və onlardan xəbər alına bilmədiyini bildirib.
.
