Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi olub.

Bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk öz “Telegram” səhifəsində bildirib.

Vereşçuk 19 ukraynalının geri qaytarıldığını bildirib. O əlavə edib ki, qaytarılanların arasında hərbçilər, o cümlədən 10 hərbçi və 9 dinc sakin var.

Xatırladaq ki, bu Rusiya ilə Ukrayna arasında martın 24-dən bəri sayca altıncı əsir mübadiləsdir.

.