“Avropa İttifaqı Rusiyaya qarşı altıncı sanksiyalar paketini izahat vermədən yumşaldıb”.

UNIAN xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

“Birincisi, Avropa İttifaqı Şurası altıncı sanksiyalar paketində Rusiyanın bulud xidmətlərinin bloklandığını elan edir. Sonra mesajı redaktə edir, oradan bulud texnologiyalarına istinadları silir”, - o deyib.

Onun sözlərinə görə, hələlik rəsmilərdən heç bir aydınlıq və ya izahat yoxdur.
 

.