"Kommersant-Ukrayna" qəzetinin verdiyi məlumata görə, Ukrayna prezidenti Viktor Yanukoviç mühafizəsini gücləndirib. Bu barədə ölkənin Xüsusi Dövlət Mühafizə Xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Ukrayna dövlət başçısını mümkün terror aktı və hər hansı bir müdaxilədən qorumaq məqsədilə onunla təmasda olan bütün şəxslər nəzarətdə saxlanılır.
Bundan əlavə Viktor Yanukoviçin günədlik və arada baş çəkdiyi məkanlarda istənilən şəxsin mobil telefon və ya digər texnikadan istifadəsi də məhdudlaşdırılıb.
.
