Ukrayna Prezidentinin ABŞ-la əməkdaşlığın inkişafı məsələləri üzrə xüsusi nümayəndəsi təyin olunub.

APA “Unian“a istinadən xəbər verir ki, Prezident Volodimir Zelenskinin Fərmanına əsasən bu vəzifəyə Olqa Stefanişina təyin edilib.

Qeyd edək ki, Stefanişina bundan əvvəl Baş nazirin avrointeqrasiya məsələləri üzrə müavini və ədliyyə naziri olub.

.