“Ukraynaya nüvə silahı əvəzinə təhlükəsizlik zəmanəti verilməli, ölkəmiz NATO-ya üzv olmalıdır”.
Yenizaman “UNIAN“a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
O bildirib ki, Rusiyanı dayandırmaq üçün yetərincə silah-sursata malik olmaması Ukraynanın vəziyyətini çətinləşdirir:
“Ölkəmizə nüvə silahı göndərilməsini istəmirik. Biz vaxtında bu silahdan imtina etdiyimizə görə, müharibə ilə qarşılaşdıq və çox sayda qurbanlar verdik. İndiki məqamda Ukraynanın NATO-ya üzvlüyü yeganə çıxış yoludur. Bu, bizə ona görə lazımdır ki, Rusiyanı dayandırmağa kifayət edəcək silahımız yoxdur”.
Bununla yanaşı, o əlavə edib ki, Ukrayna NATO-ya üzv olmaq müqabilində Rusiyanın nəzarətindəki ərazilərdən imtina etmək niyyətində deyil.
Ukrayna lideri eyni zamanda rəsmi Moskvanı danışıqlara cəlb edə biləcək nüansları da açıqlayıb:
“Üç əsas faktor var ki, onlar Rusiyanı danışıqlar masasına gətirə biləcək. Onlardan biri ABŞ-də keçiriləcək prezident seçkiləri, Qlobal Cənub ilə əməkdaşlıq, eləcə də energetika və gəmiçilik məsələlərində real nəticələrə nail olunmasıdır”.
.