Ukrayna Prezidenti Volodimir Zelenski və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub.

Bu barədə Ukrayna lideri tvitter hesabında yazıb.

“Qaribaşvili ilə telefon söhbətində qeyd etdim ki, Ukrayna vətəndaşı Mixeil Saakaşvilinin hüquqları beynəlxalq normalara uyğun olaraq tam təmin edilməlidir”, - V.Zelenski yazıb.

O vurğulayıb ki, İ.Qaribaşvilidən Mixeil Saakaşvilinin anası, qohumları və ukraynalı həkimlərin onu ziyarət eməsinə şərait yaratmağı xahiş edib.

.