Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Kirilo Timoşenko istefa verib.

“RBK Ukraina” xəbər verir ki, onun istefasının səbəbi hələ məlum deyil.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezident Ofisinin müşaviri Oliksiy Arestoviç də istefa verib.

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Kirilo Timoşenkonun istefasını təsdiqləyib.

 UNIAN xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat xidmətindən bildirilib.

.