Dövlət Dumasının Beynəlxalq işlər üzrə komitəsinin üzvü Yan Zelinski xarici işlər naziri Sergey Lavrova hazırladığı müraciətdə Kiyevdəki Avropa meydanının iştirakçılarından olan "Azadlıq” Partiyasının lideri Oleq Tyaqnibok və "Batkivşina”nın lideri Arseniy Yatsenyukun Rusiya ərazisində persona non-qrata elan olunmasını xahiş edib. Rusiya KİV-nin məlumatına görə, Dumanın deputatları Kiyevdəki etirazçıların liderlərinin Rusiya əleyhinə çağırışlarından razı qalmayıblar.
.
