Ukrayna müxalifəti sabiq baş nazir Yuliya Timoşenkonun azadlığa buraxılması ilə bağlı məsələnin Ali Radada müzakirəyə çıxarılmasını tələb edir.
Bunu Ali Radada çıxışı zamanı müxalif "Batkivşina” fraksiyasının lideri Arseniy Yasenyuk bəyan edib.
"Biz tələb edirik ki, Yuliya Timoşenko azadlığa buraxılsın”, - deyə o vurğulayıb.
Qeyd edək ki, müxalifət 2004-cü il konstitusiyasına qayıdışla yanaşı ölkədəki böhrandan çıxmağa yardım edəcək digər məsələlərin müzakirəyə çıxarılmasını tələb edir.
.