"Washington Post” qəzetinin verdiyi məlumata görə, ötən gün Belçikanın paytaxtı Brüsseldə NATO-ya üzv ölkələrinin Ukrayna ilə bağlı fövqəladə toplantısı keçirilib. Rusiyanın Krıma müdaxiləsini müzakirə edən Alyans üzvləri yaranmış böhranın həlli istiqamətində yekdil qərara gələ bilməyiblər. Bəziləri Ukraynanın NATO-ya üzv olmadığını, digərləri isə rəsmi Moskva ilə problemlərin yaranmasını özləri və dünya iqtisadiyyatı üçün təhlükə yaradaca biləcəyini önə çəkərək, Rusiyaya qarşı sərt addımların atılmasının əleyhinə çıxıblar.
.
