Bir neçə gün davam edən mövqe döyüşlərindən sonra Ukraynanın Donetsk vilayətində separatçılar ordu hissələrinin mövqelərinə hücuma keçib.
Özünü müdafiə qüvəllərinin yaxın mənbələr Donetskdən cənubda Ukrayna ordusunun beş hərbi kolonunun şiddəttli artilleriya zərbələri altında qaldığını xəbər verir.
Donbasın komandanı İqor Strelkov bildirib ki, geri çəkilən Ukrayna qoşunları tələyə düşüblər.
"Geri çəkilən Ukrayna qoşunlarının böyük sayda qüvvələri Kojevnaya rayonunda dambadan keçərkən "meşoka” düşüblər. Tanklar, benzindaşıyanlar, nəqliyyat kolonları - hamısı zərbə altındadır. Ümid edirəm ki, salamat çıxanı olmayacaq” - deyə Strelkov bildirib.
Digər məlumata görə, İzvarino qəsəbəsindən geri çəkilərkən Milli Qvardiyanın bölmələri ağır itkilər veriblər. Azı 8 nəfər ölüb, 30-da yaxın döyüşçü yaralanıb. Bildirilir ki, separatçılar iyulun 13-də Ukrayna tanklarının hücumu qarşısında geri çəkildikləri mövqeləri ələ keçirmək üçün "Qrad” qurğuları ilə hücuma keçiblər.
İnternetdə yerləşdirilmiş videokadrlarda özünü müdafiə qüvəllərinin çoxsaylı "Qrad” qurğularından Ukrayna ordusunun mövqelərinə dəhşətli yaylım atəşi açdıqları əks olunur.
Luqansk aeroportu uğrunda da şiddətli döyüşlər gedir. Aeroportda mövqe tutan Ukrayna qoşunlarının təchizatı kəsilib və separatçılar aeroportdakı qüvvələrə köməyə gedən 40-45 vahid zirehli texnikanın qarşısını kəsiblər.
Donetsk aeroportunda isə qüllə özünü müdafiə qüvəlləri tərəfindən partladılıb.


.