Ukrayna hüquqmühafizə orqanları Hidroelektrik stansiyası və Atom Elektrik Stansiyasının partladılması ilə hədələndiklərini bildiriblər. Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin saytında məlumat verilib. Sənəddə deyilir: «Ekstremizmin meydana gəlməsi ilə HES-in və atom energetikası obyektlərin partladılacağı ilə bağlı anonim təhdidlər çoxalıb. Bunun zərərləri Ukrayna sakinləri və qonşu dövlətlər üçün xüsusi ağır ola bilər»
Qurum dövləti zəiflətmək məqsədiylə vacib kənd təsərrüfatı və ya müdafiə təyinatlı obyektlərin ələ keçirilməsində təqsirləndlirilən şəxslərin «Diversiya» və «terror» maddəsi ilə 15 il müddətinə azadlıqdan məhrum ediləcəyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, ölkəni böhran vəxziyyətindən çıxarmaq üçün Ukrayna partlamenti növbəti dəfə yanvarın 28-də yığışacaq.
.
