Ukrayna faydalı qazıntılarla bağlı yeni saziş üzrə ABŞ-la məsləhətləşmələrə başlayıb.

Yenizama-ın “Unian“a istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib.

O bildirib ki, martın 28-də rəsmi Kiyev sənədin yenilənmiş variantını əldə edib və bununla bağlı müzakirələrin birinci mərhələsi arxada qalıb.

Nazirin sözlərinə görə, müqavilə yalnız hər iki tərəflərin maraqları nəzərə alınmaqla imzalana bilər.

.