Ukrayna BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) çərçivəsində İqlim Klubu Qlobal Platformasına (“Climate Club Global Platform”) qoşulub.
İqlim Klubu Qlobal Platforması yüksək emissiyalı sənaye sahələrinin dekarbonizasiyasını sürətləndirmək və inkişaf etməkdə olan ölkələrdə sıfır və aşağı emissiyalı sənaye inkişafını dəstəkləmək məqsədilə yaradılıb.
Platforma beynəlxalq əməkdaşlıq, maliyyə və texnologiyanın dəstəyi ilə həmin ölkələrin sıfır və aşağı emissiyalı sənaye təcrübələrinə keçidini asanlaşdıracaq.
Platformanın əsas məqsədi dəstəyə ehtiyacı olan ölkələri beynəlxalq investorlarla əlaqələndirmək və onların müasir texnologiyalara çıxışını təmin etməkdir. Ukraynanın bu təşəbbüsdə iştirakı ölkənin yaşıl bərpa prosesinə beynəlxalq tərəfdaşların dəstəyini cəlb etməyə imkan yaradacaq.
.