Ukrayna Ali Radasının reqlament və işin təşkili üzrə komitəsi deputat Nadejda Savçenkonun həbsini qanuni hesab edib.

"Ukrinform” verdiyi məlumata görə, bu barədə qərar komitənin bu gün keçirilən iclasında yekdilliklə qəbul olunub.

Qərara əsasən Baş prokurorluğun Nadejda Savçenkonun cinayət məsuliyyətinə cəlb olunması, saxlanılması və həbsi ilə bağlı 3 təqdimatı qanunidir və əsaslıdır.
.