Ukraynanın şərqində etiraza qalxan Rusiya meyilli numayiyişçilərə qarşı atəş açılacaq. Bununla bağlı xüsusi təyinatlıları göstəriş verilib.
Ukraynanın Prezident Aparatı rəhbərinin müavini səlahiyyətlərini icar edən Andey Sençenko bildirib ki, hakimiyyət silahsız dinc aksiyaları normal qarşılayır. Ancaq Rusiya meyilli numayişçilərin əlində xeyli sayda silah, dəyənək var. Onlara qarşı isə bütün dünyada olduğu kimi silah tətbiq edilir. «Əgər onlar silahlarını təhvil verməsə, xüsusi təyinatlılara atəş açmaq göstərişi veriləcək», - deyə PA rəsmisi bildirib.
Bundan əlavə Ukrayna Ali Radasının, Milliyətçi "Azadlıq” partiyasının deputatı İrina Fariyon müsahibəsində Ukraynanın şərgində Rusiya meyilli numayişçilərin güllələnməsinə çağırış edib. O bildirib ki, yalnız bu yolla Ukrayna hakimiyyəti ölkənin şərgində baş qaldıran etiraz dalğasını yatıra bilər.

***

Xarkovda Rusiya meyilli tərəfdarlarının keçirdiyi aksiyalarla bağlı vəziyyət gərginləşib. Kiyevdən Xarkova göndərilən xüsusi milis qüvvələri Xarkov hökumət binası qarşısında etirazçıların düşərgələrini dağıtmağa başlayıb. Bu barədə Ukrayna mətbuatı xəbər yayıb.
Şahidlərin sözlərinə görə, milis və Kievdən gələn xüsusi mülki geyimlilər aksiyaçılara qarşı adekvat olmayan gücdən və gözyaşardıcı qazdan istifadə edərək onları dubinka ilə döyməyə başlayıblar. Nümayişin dağıdılması zamanı səs bombalarından da istifadə olunub. Aksiya iştirakçılarından 70 yaxın şəxs saxlanılıb.
.