Ukrayna Rusiyanın infrastruktura zərbələri səbəbindən 40 faiz azalan qaz hasilatını kompensasiya etmək üçün fevral və mart aylarında 800 milyon kubmetr qaz idxal etməyi planlaşdırır.

Bu barədə məlumatı "Reuters" ölkənin qaz hasilatı sənayesindəki mənbəyə istinadən yayıb.

Xəbərdə xatırladılır ki, Rusiya 2022-ci ildən ölkənin elektrik enerjisi istehsalı sektorunu ciddi şəkildə hədəfə alıb. Nəticədə "Naftoqaz"ın infrastrukturuna əhəmiyyətli dərəcədə ziyan dəyib:

"Müharibədən əvvəl ölkədə gündəlik mavi yanacaq hasilatının həcmi 52 milyon kubmetr təşkil edirdi. İndi isə bu göstərici əhəmiyyətli dərəcədə aşağı düşüb. Biz qış mövsümünədək yerli tələbatı hasilata ehtiyac olmadan təmin edə bilirdik, lakin qışda qazdan istifadə həcminin artması bu sahədəki çatışmazlığı aradan qaldırmaq üçün idxala zərurət yaradıb".

.