Bu il Ukraynada keçiriləcək "Eurovision 2017" beynəlxalq mahnı müsabiqəsinin aparıcılarının adları açıqlanıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bunlar Vladimir Ostapçuk, Aleksandr Skiçko və Timur Miroşniçenkodur. 

3 aparıcı ilə bağlı yayılan videoçarxda onlar özlərini təqdim edərək, Mayda görüşmək ümidi ilə izləyicilərlə vidalaşırlar. 

Qeyd edək ki, indiyədək "Evrovision” yarışmasında 3 kişi aparıcı olmayıb. Odur ki, Ukrayna bununla müsabiqə tarixində ilkə imza atmış olacaq. 

Xatırladaq ki, "Eurovision"nun yarımfinalları Ukraynanın paytaxtı Kiyevdə 9 və 11 may, finalı isə 13 may tarixində baş tutacaq. Adıçəkilən müsabiqədə Azərbaycanı Diana Hacıyeva təmsil edəcək.

.