Bu, əslində ikili standartın görünən tərəfləridir. Fransada, Belçikada və s. analoji qətliamlar törədiləndə UEFA bu addımı birmənalı atmışdı. 

Günahsız insanların - dinc sakinlərin həyatına son qoyan terrorun və terrorçunun nə Vətəni, nə dini, nə də təbii ki, milliyyəti fərqlənmir. Bu, artıq bütün dünyada qəbul edilmiş prinsip - humanitar normalardandır. Bəs belə olduğu təqdirdə, dünyanın böyük bir qismini, həm də sivil adlandırılan bir kəsimini özündə birləşdirən UEFA-nın öz sıralarında birləşən xalqlara belə ikili standartlarla yanaşmasına nə ad verək? 

UEFA harda səmimidir: Dünyəvi, müasir təşkilat kimi imitasiyasında, yoxsa son addımında?!
 
Yenizaman.az
.