UEFA İspaniyanın "Barselona", "Real Madrid" və İtaliyanın "Yuventus" klublarına qarşı Avropa Super Liqasının təşkili ilə əlaqədar araşdırmaları dayandırdığını açıqlayıb.

Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, qanunvericilik bazasının pozulmasına görə, 3 kluba qarşı aparılmış intizam icraatı nəticə vermədən ləğv edilib.

Qeyd edək ki, "Real Madrid", "Barselona" və "Yuventusla yanaşı, İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem", İspaniyanın "Atletiko", İtaliyanın "Milan" və "İnter" komandaları da turnirdə iştirakını təsdiqləyib. Lakin daha sonra 9 klub layihədən imtina edib.
 

.