Avropanın nəhəng klublarının yaratdığı Superliqaya UEFA prezidenti Aleksader Çeferin də münasibət bildirib.
Qitə futbol qurumunun rəhbəri bu təşəbbüsü qınayıb.
Çeferin bu turnirə qatılacaq futbolçuları da hədələyib: “Qapalı çempionatda oynayan futbolçular Dünya və Avropa çempionatında çıxış etməyəcəklər. Onların milli komandalarda oynamasına qadağa qoyulacaq”.
Qeyd edək ki, İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klublarının Superliqada iştirakı təsdiqlənib.
.