UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Molde" oyununun məkanını və başlama saatını açıqlayıb.

Qitə futbol qurumu Bakıda keçirilməli olan görüşün yerini dəyişib. 

Norveç klubunun xahişini nəzərə alan UEFA qarşılaşmanın Kiprdə keçirilməsini qərara alıb. Bu komandalar sentyabrın 16-da Larnaka şəhərində yerləşən "AEK Arena"da üz-üzə gələcəklər.

Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

.