“Qarabağ” klubunun UEFA-nın bayrağı altında keçirilən turnirlərdə iştirakı ilə əlaqədar UEFA tərəfindən ayrılmış müvafiq maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb:

- 5,000,000 (beş milyon) avro – UEFA Çempionlar Liqasının pley-off mərhələsində iştirakına görə (ÇL-in qrup mərhələsinə adlaya bilməyən klubar üçün)

- 3,400,000 (üç milyon dörd yüz min) avro – UEFA Avropa Liqasında iştirak üçün ilkin ödəniş

- 2,244,000 (iki milyon iki yüz qırx dörd min) avro – UEFA Avropa Liqasının sıralama əmsalına görə (klubun son 10 ildə göstərdiyi nəticələrə əsasən)

.