UEFA prezidenti Aleksander Çeferin ildə 2 dəfə keçiriləcəyi təqdirdə futbol üzrə dünya çempionatının boykot olunacağını istisna etməyib.
Bu barədə ESPN bildirib.
"Belə dünya çempionatına uğurlar. Düşünürəm ki, bu, heç vaxt olmayacaq, çünki futbolun əsas prinsiplərinə ziddir. Aylıq yarış oyunçuların “qatili” olacaq", - Çeferin bildirib.
UEFA rəhbəri əlavə edib ki, dünya birinciliyinin dəyəri azarkeşlərin onu nadir hadisə kimi gözləməsindən ibarətdir.
Daha əvvəl FIFA prezidenti Canni İnfantino futbol üzrə dünya çempionatını iki ildən bir keçirmək imkanı haqqında bildirib. Onun fikrincə, klubların və milli komandaların yarış təqvimi daha çox təşkil ediləcək. Qeyd edək ki, artıq 13 futbol liqası bu təşəbbüsə qarşı çıxış edib.
Futbol üzrə növbəti dünya çempionatı Qətərdə keçirilməlidir. Yarış 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.
Daha əvvəl məlum olub ki, UEFA prezidenti Aleksander Çeferin FIFA-nın iki ildən bir dünya çempionatı təşkil etmək planını dəstəkləmir. Çeferin Avropadakı azarkeş qruplarını birləşdirən FSE təşkilatının direktoru Ronan Eveyniyə ünvanladığı məktubda narahatlığını ifadə edib.
.