"Napoli" komandası UEFA Çempionlar Liqasında keçirdiyi son 20 oyunun yalnız birində məğlub olub.

Bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası məlumat yayıb.

Hazırkı ölkə çempionu bu matçların 12-də qalib gəlib, 7-də isə heç-heçə edib.

Qeyd edək ki, Neapol təmsilçisi son olaraq Çempionlar Liqasının Liqa mərhələsinin V turunda evdə Azərbaycan çempionu "Qarabağ"ı iki cavabsız qolla üstələyib.

.