UEFA-nın stadionlardakı əməliyyat fəaliyyəti qrupunun rəhbəri Andreas Şar Avropa Çempionatına hazırlıqlar barədə məlumat verib.
“Sport-Express” nəşrinin məlumatına görə, təşkilatın rəsmisi idman tədbirinin əvvəlcədən nəzərdə tutulmuş qrafik üzrə keçiriləcəyini bildirib.
“Turnirin öz vaxtında keçiriləcəyini təsdiq etmək istərdim. Məhz bunun üçün mən komandamla birlikdə Sankt-Peterburqdayam. Böyük əminlik hissiylə deyə bilərəm ki, 12 şəhərin hamısı çempionat oyunlarını qəbul edəcək. Vəziyyəti nəzarətdə saxlayırıq. Əvvəlcədən qayıqda olan 12 oyunçunun hamısı buradadır”, - deyə Şar qeyd edib.
Xatırladaq ki, 2020-ci ildə keçirilməli olan futbol üzrə Avropa Çempionatı koronavirus pandemiyası səbəbindən bu ilin 11 iyun – 11 iyul tarixləri aralığında təşkil olunacaq.
Qeyd edək ki, AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.
Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.
.