UEFA koronavirusla mübarizə çərçivəsində quruma üzv olan 55 milli assosiasiyaya maliyyə yardımı ayırıb.

Qurumun rəsmi saytına istinadən xəbər verir ki, vəsait ümumilikdə 236,5 milyon avro təşkil edir.

Bildirilib ki, məbləğ hazırkı xərcləri ödəmək və yerli futbolu inkişaf etdirmək məqsədilə assosiasiyalar arasında bölüşdürülüb.

Bununla yanaşı, qitə futbol qurumu bütün səviyyələrdə koronavirusun futbola mənfi təsiri fonunda hər bir assosiasiyaya öz prioritetlərini təyin etməyə icazə verib.

.