Rusiya İstintaq Komitəsi Udmurtiyanın başçısı Aleksandr Solovyova qarşı 140 milyon rubldan çox məbləğdə rüşvət almaq şübhəsiylə cinayət işi açıb.
Bu barədə Rusiya mətbuatı xəbər verir.
İstintaqın versiyasına görə, A.Solovyov 2014-2016-cı illərdə Kambarka şəhərinin yaxınlığında Kama və Buy çayları üzərində körpü tikintisi ilə məşğul olan təşkilatlardan 139 milyon rubl (2,5 milyon dollar) məbləğində rüşvət, eləcə də kommersiya təşkilatında dəyəri 2,7 milyon rubl olan pay alıb.
