Təhsil Nazirliyi bəzi ucqar kənd məktəblərində müəllimlərin əməkhaqqının verilməməsinə münasibət bildirib.
APA-nın xəbərinə görə, nazirliyin İnsan resursları şöbəsinin müdir müavini İlham Ağayev deyib ki, məktəblər yerli idarəetmə orqanları tərəfindən maliyyələşdirilir. Onların da maliyyələşdirilməsinin birbaşa Maliyyə Nazirliyinə aid məsələ olduğunu söyləyən müdir müavini bildirib ki, rayon təhsil şöbələri maliyyəsini yerli icra hakimiyyətlərindən alır: "Müəyyən ucqar rayonlarda belə problemlər var. Bununla bağlı hazırda Təhsil Nazirliyi tərəfindən işlər görülür. Amma bu, birbaşa bizdən asılı məsələ deyil. Təhsil Nazirliyinin burada birbaşa rolu yoxdur. Məktəblər yerli icra hakimiyyəti orqanları tərəfindən maliyyələşdirilir”.
.