Xaçmaz rayonunda intihar hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qaraçaycek kəndində qeydə alınıb.
Kənd sakini, 1970-ci il təvəllüdlü Bəxtiyar Hidayətov özünü yaşadığı evin birinci mərtəbəsində asaraq ölüb.
3 övladı olan Bəxtiyar Hidayətovun hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
