İsveçrənin maliyyə qurumu - "UBS Group Wealth Management” bazar iştirakçılarının gözləntilərinin əksinə olaraq bu il ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini 2 mərhələdə artıracağını proqnozlaşdırır.

Bu barədə xarici mətbuat xəbər verir.

Sinqapurda açıqlama verən UBS-in Asiya və Sakit okean regionu üzrə baş investisiya idarəsinin rəhbəri Min Lan Tan böyüyən ABŞ iqtisadiyyatı və böhran riskinin aşağı olmasının FED-in borclanma faizlərini artırması üçün imkan yaratdığını deyib.
.