Türkiyənin xarici işlər naziri Hakan Fidan 22-24 avqust tarixlərində İraqa rəsmi səfər edəcək.

Yenizaman-ın TurkicWorld-ə istinadən xəbərinə görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, H.Fidanın Bağdad və Ərdəbil şəhərlərində yüksək səviyyəli görüşlər keçirəcəyi gözlənilir.

Bundan əlavə, səfər çərçivəsində Türkiyə-İraq arasında bütün sahələrdə əməkdaşlıq, həmçinin, cari regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq.

.