Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldib və bu, iqtisadiyyat, sosial və regional əməkdaşlıqda yeni imkanlar açır.

Bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bildirib.

O qeyd edib ki, Vaşinqton razılaşmalarından sonra Cənubi Qafqazda davamlı sülh və sabitlik üçün ümidlər artıb.

Cevdet Yılmaz Türkiyənin regional sülh prosesini və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasını dəstəkləməyə davam edəcəyini vurğulayıb.

.