“Sosial şəbəkələrdə “S-400” raket kompleksinin Adanadakı İncirlik hərbi hava bazasına aparılması ilə bağlı yayılan məlumatlar doğru deyil”.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindəki etibarlı mənbə bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə ABŞ-ın Müdafiə Nazirliyinin rəsmisinə istinadla Türkiyə, ABŞ və NATO-nun birgə istifadə etdiyi İncirlik hərbi hava bazasına “S-400” raket kompleksinin gətirməsi haqqında məlumatlar yayılıb.

.