“S-400-ü ölkəmizin və millətimizin havadan müdafiəsi üçün almışıq”.

“haber7.com” verdiyi xəbərə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, S-400 hava hücumundan müdafiə sistemini Rusiyadan istifadə etmək üçün alıblar.

"S-400-ün başqa ölkələrə satılması gündəmdə yoxdur”, - deyə Türkiyənin milli müdafiə naziri vurğulayıb.

 
 

.