Dünyada sülhün təmin edilməsi üçün kollektiv səy və əməkdaşlıq lazımdır.

Bu barədə Türkiyənin sabiq xarici İşlər naziri Hikmət Çətin XII Qlobal Bakı Forumunda danışıb.

“Bizə sülh lazımdır. Dünyanın bir çox yerlərində, hətta Azərbaycan və Ermənistan arasında da hələ davamlı sülh əldə olunmayıb. Dünyada sülhün təmin edilməsi üçün kollektiv səy və əməkdaşlıq lazımdır”, - o əlavə edib.

Sabiq nazir öz ölkəsindən söz açaraq vurğulayıb ki, Türkiyə regional proseslərdə mühüm rol oynayır:

“ABŞ və Avropa arasındakı problemlər regional məsələlərdə Türkiyənin əhəmiyyətini bir daha qabarıq göstərir. Hazırkı dövrdə proseslərdə iştirak zamanı qərəzsizlik çox önəmlidir.

Rusiya-Ukrayna müharibəsinə baxsaq, Türkiyənin tərəflərlə normal münasibəti var, ancaq müharibənin də bitməsi istiqamətində addım atmağa hazırdır. Türkiyə həmin bölgədə sülhün bərqərar olmasına kömək göstərə bilər”.

.