Türkiyənin Azərbaycandakı səfirliyi vətəndaşlarına müraciət edib.

Müraciətdə bildirilib ki, Azərbaycana şəxsi avtomobilləri ilə gəlmək və ya Azərbaycandan quru yolu ilə Türkiyəyə səfər edərək geri qayıtmaq istəyən Türkiyə vətəndaşları pandemiya məhdudiyyətləri və elan edilən qaydalar çərçivəsində ölkəyə giriş icazəsi üçün müraciətlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “[email protected]” mail adresinə etməlidir.

“Onlar müraciətə özlərinin və ailə üzvlərinin pasport nümunələrini və avtomobillərinin dövlət nömrə nişanlarını əlavə etməlidirlər. İcazə almağa görə uzun müddət lazım olduğu üçün vətəndaşlarımızdan müraciətlərini vaxtında etmələri xahiş olunur”, - deyə qeyd olunub.

.