“Beynəlxalq təşkilatlar dünyada baş verən proseslərə səssiz yanaşır. Böyük dövlətlər müharibələri dayandırmaq istəmir”.

Bunu Türkiyənin ədliyyə naziri Yılmaz Tunç “Sabahın dünyasında bu günün uşaq hüquqları” adlı konfransda çıxışı zamanı deyib.

O bildirib ki, ancaq ABŞ-nin mövqeyinə görə dünyada müharibələr davam edir: “Çünki ABŞ BMT Təhlükəsizlik Şurasının qərarlarına veto qoyur. Ona görə də biz deyirik ki, dünya beşdən böyükdür”.

.