Türkiyənin Konya vilayətində turist avtobusu qəzaya uğrayıb.

Yenizaman.az-ın məlumatına görə, hadisə nəticəsində 5 nəfər həlak olub, daha 26 nəfər isə xəsarət alıb.

Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti barədə ətraflı məlumat verilməyib.

Qeyd olunur ki, qəzaya yolun buz bağlaması səbəb olub.

.