![](/uploads/img/posts/2023/05/15/ed037ce1-8891-3207-aa9d-86ec31a3e954_850jpg-1684154795.jpg)
Türkiyədə mayın 28-də prezident seçkilərinin ikinci turu keçiriləcək.
Bu barədə Türkiyə Ali Seçki Şurasının (YSK) sədri Ahmet Yener mətbuat konferansı zamanı bildirib.
O qeyd edib ki, Türkiyədə prezident seçkiləri çərçivəsində ölkə daxili verilən səslərin 100%-i sayılıb.
Nəticələrə əsasən, prezident seçkilərində “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan 49,51%, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu 44,88%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17% səs toplayıblar. Seçkilərdə namizədliyini geri götürən “Məmləkət” partiyasının sədri Məhərrəm İncə isə seçicilərin 0,44%-i səs verib.
.