
Türkiyədə meşə yanğınlarında həlak olan şəxslərə şəhid statusu veriləcək.
Bu barədə məlumat “Resmi Gazete”də dərc olunub.
Qərara əsasən, meşə yanğınları ilə mübarizə zamanı həlak olan könüllülər və vətəndaşlar şəhid sayılacaq.
Yeni qaydalar 1 yanvar 2026-cı ildən qüvvəyə minəcək, könüllülərin ailələri dövlət təminatından yararlana biləcək.
.