Türkiyənin Hatay vilayətində meşə yanğını başlayıb.

Yenizaman Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Antakyaya yaxın yerləşən meşə massivində başlayan yanğın nəzarətdən çıxaraq yaşayış məntəqələrinə doğru hərəkət edib.

Məlumatda qeyd olunur ki, ən təhlükəli vəziyyət Antakyanın Kisecik rayonunda yaşanır. Yanğının evlərə tərəf yaxınlaşması səbəbindən vətəndaşlar təxliyə olunmağa başlayıb.

Yanğınsöndürən qruplar qurudan və havadan alovun söndürülməsi üçün əraziyə cəlb ediliblər.

.