Türkiyənin Elazığ bölgəsinin Alacakaya-Palu rayonu hüdudlarında, Kayaönü kəndində yerləşən mədəndə çökmə baş verib, 4 işçi içəridə qalıb.
Bu barədə Türkiyə KİV məlumat yayıb.
Dörd işçidən biri özü mədəndən çıxmağa nail olub, digər 2 nəfər Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi Fəlakət və Fövqəladə Hallar Departamenti (AFAD) və Türkiyənin Səhiyyə Nazirliyinin Qəzzada fəaliyyət göstərən Milli Tibbi Xilasetmə Qrupunun (UMKE) əməkdaşları tərəfindən xilas edilib.
Mədəndə qalan bir işçinin xilas edilməsi istiqamətində işlər görülür.
.
