Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində qardaş ölkənin Sparta şəhərində keçirilən növbəti komando kursunu bitirən hərbi qulluqçularımız vətənə qayıdıblar.
 

Müdafiə Nazirliyinin saytı verdiyi məlumata görə, Bu münasibətlə keçirilən tədbirdə əvvəlcə Azərbaycan və Türkiyə Respublikalarının Dövlət himnləri səsləndirilib.

Çıxış edənlər məzunları kursu müvəffəqiyyətlə bitirmələri münasibətilə təbrik edərək onlara xidmətlərində uğurlar arzulayıblar.

Azərbaycan Ordusunun hərbi qulluqçularından ibarət növbəti heyət komando kursunda iştirak etmək üçün Türkiyənin Sparta şəhərinə yola salınıb.

Azərbaycan hərbçilərinin növbəti heyəti komando kursu üçün Türkiyəyə yola salınıb

Azərbaycan Ordusunun hərbi qulluqçularından ibarət növbəti heyət komando kursunda iştirak etmək üçün Türkiyənin Sparta şəhərinə yola salınıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, bu gün Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində qardaş ölkənin Sparta şəhərində keçirilən növbəti komando kursunu bitirən hərbi qulluqçularımız da vətənə qayıdıblar.

.